logo

Azərbaycan XİN Qarakənd faciəsinin ildönümü ilə bağlı paylaşım edib

17:17 20-11-2022 | icon 1106
Azərbaycan XİN Qarakənd faciəsinin ildönümü ilə bağlı paylaşım edib

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Xocavənd rayonunun Qarakənd kəndi üzərində göyərtəsində Azərbaycanın rəsmi şəxslərinin olduğu "Mi-8" helikopterinin erməni silahlı dəstələri tərəfindən vurulmasının növbəti ildönümü ilə bağlı paylaşım edib.

YeniAvropa xəbər verir ki, bu barədə XİN-in "Twitter" hesabında məlumat paylaşılıb.

“Bu gün Qarakənd kəndində baş vermiş faciənin 31-ci ildönümüdür. Erməni silahlı dəstələri tərəfindən 1991-ci il noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndi üzərində vurulmuş helikopterdə Azərbaycanın görkəmli dövlət xadimləri, hökumət üzvləri, deputatlar və jurnalistlər də daxil olmaqla 22 nəfər həlak olub”, - deyə paylaşımda qeyd edilib.