logo

Cəlilabadda qardaş bacısını öldürüb

11:22 20-11-2022 | icon 532
Cəlilabadda qardaş bacısını öldürüb

Noyabrın 16-sı Cəlilabad rayon Polis Şöbəsinə 1976-cı il təvəllüdlü Xalidə Əliyevanın itkin düşməsi ilə bağlı daxil olmuş müraciət əsasında aparılmış istintaq-əməliyyat tədbirləri ilə sonuncunun qəsdən öldürülməsi müəyyən olunub. Faktla bağlı Cəlilabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb.

Rayon prokurorluğundan YeniAvropa-ya bildirilib ki, istintaqla zərərçəkmişin qardaşı 1983-cü il təvəllüdlü Famil Əliyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Xalidə Əliyevanı ağac parçası ilə vurub qəsdən öldürməsinə, daha sonra meyiti rayonun Uzuntəpə kəndi ərazisində basdırmasına əsaslı şübhələr müəyyən edilib.

Famil Əliyev şübhəli şəxs qismində saxlanılarkən dindirilmiş və göstərdiyi yerdən meyit çıxarılaraq müayinəyə təqdim olunub.

İş üzrə istintaq davam edir.