logo

Milli Məclisin sədri Sahibə Qafarova Kambocaya səfər edəcək

13:13 19-11-2022 | icon 1302
Milli Məclisin sədri Sahibə Qafarova Kambocaya səfər edəcək

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti noyabrın 20-də Kamboca Krallığına səfər edəcək.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən YeniAvropa-ya bildirilib ki, nümayəndə heyətinin tərkibinə deputatlardan Ramin Məmmədov, Elnur Allahverdiyev və digər rəsmi şəxslər daxildirlər.

Rəsmi səfər çərçivəsində nümayəndə heyəti Kamboca Krallığının parlamentində olacaq. Burada keçirilən görüşlərdə parlamentlərarası və ikitərəfli əlaqələrin bugünkü, gələcək perspektivləri barədə fikir mübadiləsi aparılacaq.

Səfər zamanı nümayəndə heyətimiz ölkənin paytaxtı Pnompendə keçiriləcək Cənub-Şərqi Asiya Ölkələri Parlamentlərarası Assosiasiyanın (AİPA) Baş Assambleyasının 43-cü iclasında iştirak edəcək.

Milli Məclisin sədri Assambleyada müzakirəyə çıxarılan məsələlərə Azərbaycan tərəfinin münasibətini bildirəcək, tədbirdə iştirak edəcək nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra görüşlər keçirəcək.