logo

Yevlaxda qısqanc ər arvadını iplə boğub oldürdü

10:50 19-11-2022 | icon 8862
Yevlaxda qısqanc ər arvadını iplə boğub oldürdü

Noyabrın 18-də səhər saatlarında Yevlax rayonunda 2000-ci il təvəllüdlü Nuridə Salmanovanın ölümü ilə bağlı rayon polis şöbəsinə məlumat daxil olub.

DİN Mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, araşdırmalarla 1993-cü il təvəllüdlü Anar Salmanovun həyat yoldaşını qısqanclıq zəminində aralarında yaranan mübahisə zamanı iplə boğaraq onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Polis əməkdaşlarının keçirdiyi tədbirlərlə əməli törətməkdə şübhəli bilinən A.Salmanov saxlanılaraq istintaqa verilib.

Araşdırmalar davam etdirirlir.