Bakıda Azərbaycan-Gürcüstan diplomatik münasibətlərinin 30 illiyi qeyd edilib
Noyabrın 18-də Gürcüstanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə Bakıda Azərbaycan Respublikası ilə Gürcüstan arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə təntənəli tədbir keçirilib.
YeniAvropa xəbər verir ki, tədbirdə əvvəlcə Azərbaycanın və Gürcüstanın Dövlət himnləri səsləndirilib.
Dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, Gürcüstandan dəvət olunmuş qonaqlar, Azərbaycanda akkreditə olunmuş diplomatik heyətin nümayəndələri, tanınmış ictimaiyyət nümayəndələri mərasimə qatılıblar.
Gürcüstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Zurab Pataradze iki ölkə arasındakı əlaqələrdən danışaraq bildirib ki, xalqlarımızı və ölkələrimizi çoxəsrlik dostluq, mehriban qonşuluq əlaqələri birləşdirir. Qarşılıqlı dəstək üzərində qurulan bu əlaqələrin region üçün həlledici amilə çevrildiyi vurğulanıb. Z.Pataradze qeyd edib ki, strateji tərəfdaşlıq münasibətləri tədricən inkişaf edərək bölgəmizin simasını dəyişib, nəhəng enerji, infrastruktur və digər layihələr reallaşdırılıb.
Gürcüstan və Azərbaycan rəhbərlərinin səyləri nəticəsində ölkələrimiz arasında mehriban dost və qonşuluq münasibətlərinin daha da inkişaf etdiyini diqqətə çatdıran diplomat ikitərəfli strateji tərəfdaşlığımızın bundan sonra da uğurla davam edəcəyindən əminliyini ifadə edib.
Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bildirib ki, möhkəm təməllər üzərində qurulan dostluğumuz get-gedə möhkəmlənir. Prezident İlham Əliyevin Gürcüstana səfərindən sonra iki ölkə arasında əlaqələrin yeni mərhələsinin əsası qoyulub. Azərbaycanın Gürcüstanla əməkdaşlığının əhəmiyyətinə toxunan nazir müxtəlif sahələrdə həyata keçirilən birgə uğurlu layihələrdən danışıb. “Birgə həyata keçirdiyimiz layihələr nəinki ölkələrimizin, regionun inkişafına öz təsirini göstərir. Biz böyük imkanları reallaşdırmaq üçün əzmlə səylərimizi davam etdiririk”, - deyə Rəşad Nəbiyev diqqətə çatdırıb. Vətən müharibəsində Zəfərindən sonra Azərbaycanın regionda yeni reallıq yaratdığını deyən nazir iki ölkə arasında dostluq münasibətlərinin bundan sonra daha da möhkəmlənəcəyini vurğulayıb.
Təntənəli tədbir ziyafət və konsert proqramı ilə davam edib.
İlham Əliyevlə Sadır Japarov Ağdamda Şahbulaq qalasında olub
Bakıda dünya qastroenteroloqlarının konqresi işə başlayıb
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzində olublar
Macarıstan Qarabağın minalardan təmizlənməsinə dəstək verməyə hazırdır
Sabah Bakıda 29° isti olacaq
Baş Prokurorluqdan Nəsib Quliyevin intiharı ilə bağlı açıqlama
İlham Əliyevlə Sadır Japarov Ağdam Cümə məscidinin açılışında iştirak edib
Bakıda Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclası keçirilir
Macarıstan şirkətlərinin Qarabağın bərpasında iştirak edəcək
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdama səfər edib
Macarıstanın xarici işlər naziri Azərbaycana səfərə gəlib
“Qarabağ”la “Zirə” Azərbaycan Kubokunun finalına qarşılaşacaq
Qırğızıstan prezidenti Sadır Japarov Füzuli rayonuna gəlib
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir
Mayın 1-dən Azərbaycanda balıq ovuna moratorium qüvvəyə minir
Çində sayca beşinci “Azərbaycan Ticarət Evi” açılıb
Azərbaycan nefti 89,49 dollara satılır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanılıb
Avropa Komissiyası Ukraynaya 1,5 milyard avro yardım ayırıb
Azərbaycan Kuboku: “Qarabağ” “Neftçi”ni məğlub edərək finala yüksəlib
Qırğızıstan prezidentinin şərəfinə “Gülüstan” sarayında ziyafət verilib
Bayden Ukraynaya 61 milyard dollarlıq hərbi yardım haqda qanunu imzalayıb
İlham Əliyev və Sadır Japarov Çingiz Aytmatovun abidəsinin açılışında iştirak ediblər
“Bakcell” bütün ölkəni bulvardakı konsertə çağırır
Qırğızıstan prezidenti Şəhidlər xiyabanını ziyarət edib