logo

10 ayda ölkəyə 60,7 min avtomobil idxal olunub

18:33 18-11-2022 | icon 1890
10 ayda ölkəyə 60,7 min avtomobil idxal olunub

Yanvar-oktyabr aylarında Azərbaycana 829 milyon 303 min ABŞ dolları dəyərində 60 min 790 avtomobil idxal olunub.

Dövlət Gömrük Komitəsindən YeniAvropa-ya verilən məlumata görə, ölkəyə gətirilən avtomobillərin 349-u sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitəsi, 56 min 92-si əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobili və digər motorlu nəqliyyat vasitəsi, 4084-ü yük daşımaq üçün motorlu nəqliyyat vasitəsi, 265-i isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitəsidir.