logo

Azərbaycanda bu gün 349 doza vaksin vurulub

17:17 18-11-2022 | icon 2814
Azərbaycanda bu gün 349 doza vaksin vurulub

Noyabrın 18-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 349 doza vaksin vurulub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 105, ikinci doza vaksinlərin sayı 68, üç və daha çox doza vaksinlərin sayı 140, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 36-dır.

Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 917 min 878, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 391 min 665, ikinci mərhələ üzrə 4 milyon 872 min 987, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 389 min 668, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 263 min 558-dir.