logo

Azərbaycanda hansı müəssisələr silah istehsal edə biləcək?-Fərman

16:36 18-11-2022 | icon 1344
Azərbaycanda hansı müəssisələr silah istehsal edə biləcək?-Fərman

Prezident İlham Əliyev noyabrın 18-də  imzaladığı fərmanla “Bəzi sahibkarlıq fəaliyyəti növlərinə lisenziya verilməsinin təkmilləşdirilməsi tədbirləri haqqında” 28 mart 2000-ci il tarixli fərmanda dəyişiklik edib.

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Fərmana əsasən, Azərbaycanda döyüş təyinatlı hərbi texnikanın, hərbi silah və sursatların, partlayıcı maddələrin və partlayıcı qurğuların istehsalı və satışı ilə dövlət müəssisələri və yaxud səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan səhmdar cəmiyyətləri, habelə Nazirlər Kabinetinin razılığı ilə dövlət müəssisələrinin iştirak etdiyi birgə müəssisələr məşğul ola bilər.