logo

Azərbaycanda ilk dəfə “Baku International CEO Summit” keçirilib

15:55 18-11-2022 | icon 1582
Azərbaycanda ilk dəfə “Baku International CEO Summit” keçirilib

Ölkəmizdə ilk dəfə yerli və qlobal şirkətlərin baş icraçı direktorlarının, dövlət qurumlarının rəsmilərinin, iş adamları və sahibkarların iştirakı ilə idarəetmə sahəsində dünyada tətbiq olunan yeniliklər, bu sahədə müasir innovasiyalar və texnologiyanın inkişafı, qabaqcıl təcrübələrin dialoqlar, müzakirələr və fikir mübadilələri ilə paylaşılmasını hədəfləyən “Baku International CEO Summit 2022” tədbiri keçirilib.

YeniAvropa xəbər verir ki, “Azərbaycan HR İnstitutu”nun təsisçisi və direktoru Emil Hüseynov “Baku International CEO Summit” tədbirinin prezident İlham Əliyevin 2021-ci il 2 fevral tarixli sərəncamı ilə təsdiq edilmiş Azərbaycan 2030: sosial iqtisadi-inkişafa dair növbəti illər ərzində reallaşdırılması planlaşdırılan "Milli prioritetlər"dən birincisi “Dayanıqlı artan rəqabət qabiliyyətli iqtisadiyyat” prioritetinə əsaslanaraq ölkəmizdə dövlət-özəl əməkdaşlığının inkişafı, işgüzar mühit və korporativ idarəetmənin daha da gücləndirilməsi üçün “Daha yaxşı gələcək naminə” şüarı ilə təşkil olunduğunu bildirib.

“Procter & Gamble” şirkətinin Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə baş direktoru Değer Kurtaslanoğlu “Baku International CEO Summit”in ölkədə davamlı və inkişaf edən biznes platforması olacağını qeyd edib.

Tədbirdə yerli və beynəlxalq şirkətlərin baş icraçı direktorları, dövlət qurumlarının vəzifəli şəxsləri və dünyanın aparıcı konsultasiya şirkət rəhbərləri ilk dəfə vahid platformada müasir idarəetmə sahəsində baş verən son yeniliklər və gələcək gözləntilərdən bəhs ediblər. Tədbir iştirakçıları qlobal bazarda idarəetmə trendləri və onun gələcək imkanları, biznesin gələcəyi, rəqəmsal transformasiyalar, yeni müştəri portreti və onun davranışları və sair maraq kəsb edən mövzularla bağlı yeni fikir və təcrübələrə sahib olublar.