logo

Azərbaycan Rusiyanın 80 subyekti ilə sıx əlaqə saxlayır-İlham Əliyev

14:45 18-11-2022 | icon 1519
Azərbaycan Rusiyanın 80 subyekti ilə sıx əlaqə saxlayır-İlham Əliyev

Bilirəm ki, dünən regionlararası forum uğurla keçib. Bu da bizim ikitərəfli qarşılıqlı fəaliyyətimizin mühüm elementidir.

YeniAvropa xəbər verir ki, bu barədə prezident İlham Əliyev Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin ilə geniş tərkibdə görüşündə söyləyib.

“Biz Rusiya Federasiyasının təqribən 80 subyekti ilə sıx əlaqə saxlayırıq. Əlbəttə, bu tədbir çərçivəsində əvvəlki illərdə də və əminəm ki, dünən də yeni vəzifələr müəyyən edilib. Ona görə də gündəlik yetərincə genişdir. Biz 7 yol xəritəsi üzrə fəal iş aparırıq. Əminəm ki, ilin sonuna bu cür yaxşı göstəricilərlə yaxınlaşaraq növbəti ilə də belə dinamizm verəcəyik”, - deyə dövlət başçısı vurğulayıb.