logo

Xəzər dənizində aparılan monitorinqlər başa çatıb

13:33 18-11-2022 | icon 1449
Xəzər dənizində aparılan monitorinqlər başa çatıb

Xəzər dənizinin Azərbaycan sektorunda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Əlif Hacıyev adına elmi-tədqiqat gəmisi ilə keçirilən monitorinqlər başa çatıb, dənizin hidrobioloji və hidrokimyəvi vəziyyəti öyrənilib.

Ekspedisiya qrupunun rəhbəri, Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi Nazim Mahmudov YeniAvropa-ya bildirib ki, ekspedisiya qrupu yerli və xarici şirkətlərin neft-qazçıxarma müəssisələrinə aid özül və platformalar ətrafında, eyni zamanda, Cənub-Şərqi Qoltuk, Kür dili və Lənkəran məntəqələrində tədqiqatlar aparıb: “Monitorinqlər zamanı 19 məntəqə üzrə su, zooplankton, bentos və dib çöküntüsü olmaqla, 208 nümunə götürülüb, hidrometeoroloji ölçmələr aparılıb, dəniz üzərində atmosfer havasının çirklənmə vəziyyəti təhlil edilib, quşların miqrasiyasının vizual müşahidəsi keçirilib, su bioloji resurslarının ehtiyatları öyrənilib”.