logo

Azərbaycan Albaniya, Keniya və İsraildə səfirliklər açacaq

12:26 18-11-2022 | icon 588
Azərbaycan Albaniya, Keniya və İsraildə səfirliklər açacaq

Azərbaycan Respublikasının Albaniya və Keniya respublikalarında, eyni zamanda, İsrail Dövlətində səfirlikləri açılacaq.

YeniAvropa xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin noyabrın 18-də keçirilən plenar iclasının gündəliyinə daxil edilib.

Azərbaycanın Albaniyadakı səfirliyi paytaxt Tiranada, Keniyadakı səfirliyi paytaxt Nayrobidə, İsraildəki səfirliyi isə paytaxt Təl-Əvivdə yerləşəcək.

Sənəd səsə qoyularaq təsdiq edilib.