logo

Bakıda evində saxta spirtli içkilər hazırlayan şəxs saxlanılıb

11:44 18-11-2022 | icon 1267
Bakıda evində saxta spirtli içkilər hazırlayan şəxs saxlanılıb

Nərimanov Rayon Polis İdarəsinin 16-cı polis bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində saxta spirtli içkilər hazırlayan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, daxil olan əməliyyat məlumatı əsasında həyata keçirilmiş tədbir zamanı rayonda yaşayan Samir Qurbanov tutulub.

Onun evində yaratdığı gizli sexə baxış zamanı kustar üsulla hazırladığı xeyli sayda araq, tekila, həmçinin müxtəlif adlar altında qablaşdırılmış saxta spirtli içkilər, qapaqlar, texniki spirt və sair maddi sübutlar aşkarlanaraq götürülüb. Aşkarlanan saxta spirtli içkilərin ekspertizası zamanı müəyyənləşdirilib ki, həmin məhsullar istifadəyə yararsızdır.

Faktla bağlı 16-cı polis bölməsində toplanan materiallar Nərimanov Rayon Polis İdarəsinə göndərilib, zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.