logo

Şabranda qanunsuz ov edən şəxslər saxlanılıb

17:27 17-11-2022 | icon 1351
Şabranda qanunsuz ov edən şəxslər saxlanılıb

Şabran rayon Polis Şöbəsinin(RPŞ) əməkdaşları rayonun Hacıqaraqaşlı kəndi ərazisində qanunsuz ov edən şəxsləri saxlayıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan YeniAvropa-ya bildirilib ki, qanunsuz ov edən rayon sakinləri Ramin Kərimov və Elşən Babayevdən 2 ədəd ov tüfəngi və qanunsuz olaraq ovladıqları bataqlıq quşları aşkar edilib.

Faktla bağlı Şabran RPŞ-də araşdırma aparılır.