logo

2026-cı ilədək azad edilən ərazilərə 34 500 ailə köçürüəcək

21:59 16-11-2022 | icon 3108
2026-cı ilədək azad edilən ərazilərə 34 500 ailə köçürüəcək

2026-cı ilədək azad edilən ərazilərə 34 500 ailənin köçürülməsi nəzərdə tutulur.

YeniAvropa xəbər verir ki, bu, prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla təsdiqlənən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda öz əksini tapıb.

Tədbirlər Planına əsasən, tərtib edilmiş planlar üzrə bərpa qrafikinə uyğun olaraq mərhələli formada inşa edilmiş evlərə ailələrin köçürülməsi planlaşdırılır.

2025-ci ilədək 10 270, 2026-cı ilədək isə 34 500 ailənin köçürülməsi nəzərdə tutulur.