logo

“İmarət” stadionu 2026-cı ilədək tikilib istifadəyə veriləcək

18:18 16-11-2022 | icon 1015
“İmarət” stadionu 2026-cı ilədək tikilib istifadəyə veriləcək

Ağdamın "İmarət" stadionu (futbol məktəbi, “Qarabağ” futbol klubu üçün köməkçi idman təsisatları ilə birgə) 2023-2026-cı illərdə tikilib istifadəyə veriləcək.

YeniAvropa xəbər verir ki, bu, prezident İlham Əliyevin imzaladığı sərəncamla təsdiqlənən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda əksini tapıb.

Tədbirlər Planına əsasən, tikintiyə əsas icraçı qurum Gənclər İdman Nazirliyidir. Digər icraçılar isə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, yerli icra hakimiyyəti qurumları və Azərbaycan Respublikası Prezidentinin Xüsusi nümayəndəliyidir.