logo

DÇ-2022-də iştirak edək baş məşqçilərin çoxu yerli mütəxəssisdir

16:16 16-11-2022 | icon 952
DÇ-2022-də iştirak edək baş məşqçilərin çoxu yerli mütəxəssisdir

Bu il Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatında iştirak edək milli komandaların baş məşqçilərinin çoxu yerli mütəxəssislərdir.

 YeniAvropa xəbər verir ki, Argentina, Portuqaliya və İspaniyadan olan  mütəxəssislər 3 fərqli komandanın sükanı arxasındadırlar.

İngiltərə və fransalı mütəxəssislər isə hərəsi 2 milli komandanı meydana çıxaracaq.

Baş məşqçilərin tam siyahısı aşağakı kimidir:  

Argentina - Qustavo Alfaro (Ekvador), Cerardo Martino (Meksika), Lionel Skaloni (Argentina)

Portuqaliya - Paulo Bento (Cənubi Koreya), Karluş Keyroş (İran), Fernandu Santuş (Portuqaliya)

İspaniya - Roberto Martines (Belçika), Feliks Sançes (Qətər), Luis Enrike (İspaniya)

İngiltərə - Con Herdman (Kanada), Qaret Sautgeyt (İngiltərə)

Fransa - Herve Renard (Səudiyyə Ərəbistanı), Didye Deşam (Fransa)

Avstraliya - Qraham Arnold (Avstraliya)

Braziliya - Tite (Braziliya)

Kamerun - Riqobert Sonq (Kamerun)

Xorvatiya - Zlatko Daliç (Xorvatiya)

Kolumbiya - Luis Fernando Suarez (Kosta-Rika)

Danimarka - Kasper Yulmann (Danimarka)

Almaniya - Hans-Diter Flik (Almaniya)

Qana - Otto Oddo (Qana)

Yaponiya - Moriyasu Hadzime (Yaponiya)

Mərakeş - Valid Reqraqi (Mərakeş)

Niderland - Lui Van Qal (Niderland)

Polşa - Çeslav Mixneviç (Polşa)

Seneqal - Aliu Sisse (Seneqal)

Serbiya - Draqan Stoykoviç (Serbiya)

İsveçrə - Murat Yakın (İsveçrə)

Tunis - Jalel Kadri (Tunis)

ABŞ - Qreqq Berhalter (ABŞ)

Uruqvay - Dieqo Alonso (Uruqvay)

Uels - Rob Peyc (Uels)

Qeyd edək ki, DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək təşkil olunacaq.