logo

Cari ildə Azərbaycanda 93 mindən çox körpə doğulub

14:54 16-11-2022 | icon 1246
Cari ildə Azərbaycanda 93 mindən çox körpə doğulub

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 93 min 612 körpə doğulub. Həmin göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə 11.1-dən 12.4-ə qədər artıb. Doğulanlar arasında oğlanların xüsusi çəkisi 52.8, qızların xüsusi çəkisi isə 47,2 faiz təşkil edib. Körpələrdən 2630-u əkiz, 117-si üçəm, 8-i isə dördəm doğulub.

YeniAvropa xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Qeyd edilib ki, bu ilin doqquz ayında ölkədə 46 min 372 ölüm halı qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi azalaraq 7.5-dən 6.1-ə enib