logo

Azadlıq Partiyası ofislə təmin olunub

13:13 16-11-2022 | icon 1141
Azadlıq Partiyası ofislə təmin olunub

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Azadlıq Partiyasını ofislə təmin edib. 

YeniAvropa xəbər verir ki, bu barədə Dövlət Xidmətindən bildirilib.

Qeyd edilib ki. ofis paytaxtın Binəqədi rayonu, Azadlıq prospekti, 161b ünvanında yerləşir.

Dövlət Xidmətinin nümayəndəsi ofisin açarlarını təşkilatın sədri Əhməd Oruca təqdim edib.