logo

Həbsxanadakı qardaşına mobil telefon apardı, içəri keçirə bilmədi

10:50 16-11-2022 | icon 1218
Həbsxanadakı qardaşına mobil telefon apardı, içəri keçirə bilmədi

Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 15 saylı cəzaçəkmə müəssisəsinə qadağan olunmuş əşyanın keçirilməsi cəhdinin qarşısı alınıb.

Qurumun ictimaiyyətlə əlaqələr şöbəsindən YeniAvropa-ya bildirilib ki, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək doqquz il altı ay müddətinə azadlıqdan məhrum olunmuş və hazırda Penitensiar Xidmətin 15 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Hacıgözəl Ağagül oğlu Ağagülov ilə qısamüddətli görüşə gəlmiş qardaşı Sumqayıt şəhər sakini Kamal Ağagül oğlu Ağagülov tərəfindən gətirilmiş sovqata baxış keçirilib. Baxış zamanı orada olan gödəkcənin yan cibində bir ədəd “Samsung Duos” markalı mobil telefon aparatı aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.