logo

Donald Tramp yenidən ABŞ prezidenti olmaq niyyətindədir

09:39 16-11-2022 | icon 1743
Donald Tramp yenidən ABŞ prezidenti olmaq niyyətindədir

Donald Tramp ABŞ prezidentliyinə namizədliyini irəli sürmək üçün ölkənin ABŞ Federal Seçki Komissiyasının (FSK) ərizə yazıb.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, müvafiq sənəd FSK-nın saytında yerləşdirilib.

D.Tramp namizədliyini Respublikaçılar Partiyasından irəli sürülüb.

Yaxın vaxtlarda siyasətçi qərarını rəsmi şəkildə elan edəcəyi bir müraciətlə çıxış edəcək.

Qeyd edək ki, 76 yaşlı Donald Tramp 2017-ci ildən 2021-ci ilə qədər ABŞ-ın 45-ci prezidenti olmuş amerikalı siyasətçi və biznesmendir.