logo

Bu gündən məktəblərdə payız tətili başlanıb

09:29 16-11-2022 | icon 11753
Bu gündən məktəblərdə payız tətili başlanıb

Bu gündən 2022-2023-cü tədris ili üzrə ümumi təhsil müəssisələrində beşgünlük payız tətili başlanıb.

Elm və Təhsil Nazirliyindən YeniAvropa-ya bildirilib ki, tətil noyabrın 20-dək davam edəcək.

Payız tətili ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına da şamil edilir.

Xatırladaq ki, payız tətili “Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti”nin təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2020-ci il 24 fevral tarixli 66 nömrəli Qərarının tələblərinə uyğun olaraq müəyyən edilib.