logo

Polşa ordusu yüksək hazırlıq vəziyyətinə gətirilib

08:42 16-11-2022 | icon 651
Polşa ordusu yüksək hazırlıq vəziyyətinə gətirilib

Polşanın Ukrayna ilə həmsərhəd Hrubieşuv rayonunun Pşevoduv kəndinə Rusiyanın raket zərbələrindən sonra Polşa ordusunun hissələri və digər hərbiləşmiş xidmətlər yüksək hazırlıq vəziyyətinə gətirilib.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, Polşa hökumətinin mətbuat katibi Piotr Müller hökumətin Milli Təhlükəsizlik və Müdafiə Bürosunun təcili iclasından sonra bunu mətbuata açıqlamasında bildirib. Onun sözlərinə görə, partlayış nəticəsində iki nəfər həlak olub, müvafiq xidmətlər hadisə yerində araşdırma aparırlar.

Yaranmış böhran vəziyyəti ilə əlaqədar baş nazir Mateuş Moravietski dövlət başçısı Andrjey Dudanın razılığı ilə Təhlükəsizlik Bürosunun təcili iclasını çağırıb. İclasda daxili işlər naziri Mariuş Kaminski, xarici işlər naziri Zbiqnev Rau, ədliyyə naziri Zbiqnev Ziobro, eləcə də silahlı qüvvələrin və polisin yüksək çinli təmsilçiləri iştirak ediblər.

Rəsmi Varşava vəziyyətin gərginliyini nəzərə alaraq baş vermiş hadisə ilə əlaqədar vəziyyəti daha da ağırlaşdıracaq açıqlama və ifadələrə yol vermir. Beynəlxalq mətbuatda “Polşa ərazisinə raket zərbəsi“ fikri tirajlansa da, Polşa rəsmiləri hadisəni partlayış kimi təqdim edirlər.