logo

NATO baş katibi Polşa prezidentinə zəng edib

08:36 16-11-2022 | icon 714
NATO baş katibi Polşa prezidentinə zəng edib

NATO-nun baş katibi Yens Stoltenberqin Polşa prezidenti Andjey Duda ilə telefon danışığı olub.

YeniAvropa xəbər verir ki, bu barədə Alyansın başçısı özünün "Twitter" hesabında məlumat paylaşıb.

“Prezident Duda ilə Polşadakı partlayışla bağlı danışdım. İnsan itkisinə görə başsağlığı verdim. NATO vəziyyəti izləyir və müttəfiqlər yaxından məsləhətləşmələr aparır. Bütün faktların müəyyən edilməsi vacibdir”, -deyə Stoltenberq paylaşımında qeyd edib.

Qeyd edək ki, Polşa NATO üzvüdür. NATO nizamnaməsinin 5-ci maddəsinə əsasən, əgər bir NATO üzvü silahlı hücumun qurbanı olarsa, Alyansın bütün digər üzvləri bu zorakılıq aktını bütün NATO ölkələrinə qarşı silahlı hücum hesab edəcək və hücuma məruz qalmış NATO ölkəsinə kömək etmək üçün lazım bildikləri tədbirləri görəcəklər.

Xatırladaq ki, noyabrın 15-də Ukrayna kütləvi raket hücumuna məruz qalıb. Polşa ilə həmsərhəd olan Lvov vilayətinə də raket hücumu edilib.