logo

Rusiyanın Ukraynaya atdığı raketlər NATO ölkəsinə düşdü

22:23 15-11-2022 | icon 3262
Rusiyanın Ukraynaya atdığı raketlər NATO ölkəsinə düşdü

Rusiyanın Ukraynaya atdığı raketlərdən ikisi Polşanın Pşevoduv kəndinə düşüb. Partlayışlar nəticəsində 2 nəfər ölüb, yaralananlar var.

YeniAvropa xəbər verir ki, bu barədə ZET radiosu məlumat yayıb.

Pşevoduv kəndi Ukrayna ilə sərhəddən 5 kilometr məsafədə yerləşir. Raketlərin taxıl qurutma məntəqəsinə düşdüyü bildirilib.

NATO üzvü olan Polşanın ərazisindəki partlayışın Rusiyanın Ukraynaya bugünkü genişmiqyaslı raket hücumu ilə əlaqədar olduğu ehtimal edilir.

Hökumətin sözçüsü Pyotr Müller "Twitter" hesabında baş nazir Mateuş Moravietskinin Milli Təhlükəsizlik Bürosunun təcili iclasını çağırdığını bildirib.

Qeyd edək ki, Polşa NATO üzvüdür. NATO nizamnaməsinin 5-ci maddəsinə əsasən, əgər bir NATO üzvü silahlı hücumun qurbanı olarsa, Alyansın bütün digər üzvləri bu zorakılıq aktını bütün NATO ölkələrinə qarşı silahlı hücum hesab edəcək və hücuma məruz qalmış NATO ölkəsinə kömək etmək üçün lazım bildikləri tədbirləri görəcəklər.

Xatırladaq ki, noyabrın 15-də Ukrayna kütləvi raket hücumuna məruz qalıb. Polşa ilə həmsərhəd olan Lvov vilayətinə də raket hücumu edilib.