logo

Bakıda qayın yeznəsi ilə qardaşını bıçaqlayıb

22:12 15-11-2022 | icon 490
Bakıda qayın yeznəsi ilə qardaşını bıçaqlayıb

Bakının Binəqədi rayonunda qayın yeznəsini və onun qardaşını bıçaqlayıb.

YeniAvropa xəbər verir ki, 1997-ci il təvəllüdlü Haqverdiyev Orxan Əliislam oğlu və onun qardaşı Haqverdiyev Əmrah Əliislam oğlu bıçaqlanıblar.

Xəsarət alan qardaşların yaxın qohumlarının verdiyi məlumata görə, hadisə ailə münaqişəsi zəminində Əmrah Haqverdiyevin qayını Əmirullayev Eldəniz İbrahim oğlu tərəfindən törədilib.

O, polis nəzarətinə götürülüb.

Hadisənin təfərrüatı araşdırılır.