logo

Azərbaycanda daha 36 nəfər koronavirusa yoluxdu, 1 nəfər öldü

20:10 15-11-2022 | icon 2387
Azərbaycanda daha 36 nəfər koronavirusa yoluxdu, 1 nəfər öldü

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 36 yoluxma faktı qeydə alınıb, 39 nəfər müalicə olunaraq sağalıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, analiz nümunələri müsbət çıxan bir nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 823 min 761 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 813 min 612 nəfər müalicə olunaraq sağalıb, 9 min 966 nəfər vəfat edib. Aktiv xəstə sayı 184 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2448, bu günə qədər isə ümumilikdə 7 milyon 347 min 597 test icra olunub.