Sumqayıtda mərkəzi küçələrdən biri Türk dünyasının aydınlarından olan, çağdaş qazax dilçiliyinin banisi, filoloq, pedaqoq Əhməd Baytursunovun(1872-1937) adını daşıyacaq.
YeniAvropa xəbər verir ki, küçənin rəsmi açılış mərasiminə hazırlıq məsələlərini müzakirə etmək məqsədil ilə Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkarimov noyabrın 15-də Sumqayıt şəhərinə səfər edib.
İşgüzar səfəri çərçivəsində diplomat Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovla görüş keçirib.
Söhbət zamanı tərəflər cari məsələləri, eləcə də Qazaxıstanla Azərbaycan arasında əməkdaşlığın perspektivlərini müzakirə ediblər, qardaşlaşmış şəhərlər olan Aktau ilə Sumqayıt arasında qarşılıqlı fəaliyyətinə dair planlarını müəyyən ediblər.
Səfir Serjan Abdıkarimov, həmçinin, Heydər Əliyev Mərkəzini və şəhərin digər mədəni görməli yerləri ziyarət edib.