logo

Dərbənddə Azərbaycan-Rusiya Birgə Demarkasiya Komissiyasının iclası keçirilib

16:56 15-11-2022 | icon 1050
Dərbənddə Azərbaycan-Rusiya Birgə Demarkasiya Komissiyasının iclası keçirilib

Noyabrın 14-15-də Dərbənd şəhərində Azərbaycan-Rusiya Birgə Demarkasiya Komissiyasının 12-ci iclası keçirilib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən YeniAvropa-ya bildirilib ki, iclasda Azərbaycan-Rusiya Birgə Demarkasiya Komissiyasının 2022-ci il üzrə planlaşdırılan bütün tədbirlərinin uğurla yerinə yetirildiyi məmnunluqla qeyd edilib, Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında dövlət sərhədinin beynəlxalq hüquqi rəsmiləşdirilməsinin gedişatı barədə müzakirə aparılıb, habelə Komissiyanın 2023-cü il üçün iş planına baxılıb və təsdiq edilib.

Görüş qarşılıqlı anlaşma və konstruktiv dialoq ruhunda keçirilib.

Birgə Komissiyanın növbəti iclasının keçirilmə məkanı və tarixləri diplomatik kanallar vasitəsilə razılaşdırılacaq.