logo

Milli parkda qanunsuz ova cəhd edən şəxs saxlanılıb

16:32 15-11-2022 | icon 966
Milli parkda qanunsuz ova cəhd edən şəxs saxlanılıb

Ağgöl Milli Parkının əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı milli parkın ərazisində qanunsuz balıq ovuna cəhd edən şəxs saxlanılıb.

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Rəşad Allahverdiyev YeniAvropa-ya bildirilib ki, araşdırma zamanı brakonyerin Beyləqan rayon sakini Zülfüqar Cabbarov olduğu müəyyən edilib. Faktla bağlı təqsirkar şəxs barəsində qanunamüvafiq tədbir görülüb.