logo

Rusiyanın baş naziri Azərbaycana səfərə gəlir

16:16 15-11-2022 | icon 1015
Rusiyanın baş naziri Azərbaycana səfərə gəlir

Rusiya Federasiyasının baş naziri Mixail Mişustin Azərbaycana səfərə gəlir. 

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, səfərdə məqsəd noyabrın 17-də Bakıda keçiriləcək XI Azərbaycan-Rusiya Regionlararası Forumunda iştirak etməkdir. 

Forumda Azərbaycan tərəfindən baş nazir Əli Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edəcək. 

Forumda iqtisadi, nəqliyyat, aqrar-sənaye, humanitar əlaqələr, kiçik və orta sahibkarlıq sahəsində əməkdaşlıq, qarşılıqlı investisiya və təhsil ilə bağlı məsələlər müzakirə olunacaq.

Həmçinin müxtəlif sahələrdə əməkdaşlığa dair sənədlərin imzalanacağı gözlənilir.

Tədbirdə Azərbaycan və Rusiya hökumətlərinin üzvləri, işgüzar dairələrin təmsilçiləri, habelə hər iki ölkənin müxtəlif bölgələrinin nümayəndələri iştirak edəcəklər.