logo

Sabahdan Bakı-Sumqayıt yolunun bir hissəsi bağlanacaq

15:15 15-11-2022 | icon 434
Sabahdan Bakı-Sumqayıt yolunun bir hissəsi bağlanacaq

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 21-ci kilometr hissəsində yerüstü piyada keçidinin tikintisi ilə əlaqədar olaraq noyabrın 16-da saat 08:00-dan etibarən 150 metr məsafədə avtomobil yolunun bir hərəkət zolağı üzrə (digər 2 hərəkət zolağı açıqdır) avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən YeniAvropa-ya verilən məlumata əsasən, məhdudlaşma tikinti işləri bitənədək qüvvədə olacaq.

Bununla əlaqədar olaraq sürücülərdən sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur