logo

Prezident İlham Əliyev Albaniyaya rəsmi səfərə gəlib

13:53 15-11-2022 | icon 1176
Prezident İlham Əliyev Albaniyaya rəsmi səfərə gəlib

Azərbaycan prezidenti İlham Əliyev noyabrın 15-də Albaniyaya dövlət səfərinə gəlib.

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Tirana şəhərinin Beynəlxalq Hava Limanında prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Dövlət başçısını Albaniyanın baş nazirinin müavini, infrastruktur və energetika naziri xanım Belinda Balluku və digər rəsmi şəxslər qarşılayıblar.