logo

Bakıda nəvə babasının evindən qızıl-zinət əşyalarını oğurlayıb

13:13 15-11-2022 | icon 1078
Bakıda nəvə babasının evindən qızıl-zinət əşyalarını oğurlayıb

Binəqədi rayon Polis İdarəsinin 7-ci polis bölməsinə M.Ə.Rəsulzadə qəsəbəsindəki evlərin birindən 4500 manat pul və 4000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə müraciət daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən ev sahibinin nəvəsi müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı rayon polis idarəsi tərəfindən araşdırma aparılır.