logo

Avropada bu qış qeyri-adi dərəcədə isti keçəcək-Bloomberg

10:20 15-11-2022 | icon 630
Avropada bu qış qeyri-adi dərəcədə isti keçəcək-Bloomberg

Avropada bu qış qeyri-adi dərəcədə isti olacaq, bu da enerjiyə xeyli qənaət etməyə imkan yaradacaq.

YeniAvropa xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi Avropa İqlim Dəyişiklikləri Mərkəzinə istinadla məlumat yayıb.

Proqnozlara görə, Avropada bu qış hava həmişəkindən əhəmiyyətli dərəcədə isti keçəcək. Baltik, Aralıq dənizi və Şimal dənizlərinin sahilyanı rayonlarında temperaturlar tarixi səviyyədən yüksək olacaq.

"Qeyri-adi yüksək temperatur Aİ ölkələrinin öz anbarlarını doldurmağa tələsdiyi təbii qaza tələbatı azalda bilər. Rusiyanın Ukraynada apardığı müharibə yanacağın qiymətlərini görünməmiş həddə çatdırıb və regionda qiymət böhranına səbəb olub", - "Bloomberg" belə yazır.

Dünya üzrə milyardlarla sensor oxunuşdan, eləcə də peyk məlumatlarından istifadə edən tədqiqatçıların fikrincə, Böyük Britaniyanın, Mərkəzi və Cənubi Avropanın əksər hissəsində qışın anomal dərəcədə isti keçməsi ehtimalı 50-60 faiz təşkil edir.