logo

"Jiquli" yolu keçən 84 yaşlı qadını vurub öldürdü

09:40 15-11-2022 | icon 8862
"Jiquli" yolu keçən 84 yaşlı qadını vurub öldürdü

Bərdə rayonunda avtomobil qadını vuraraq öldürüb.

YeniAvropa xəbər verir ki, noyabrın 14-ü saat 18:10 radələrində Stansiya Mingəçevir-Bəhrəmtəpə yolunun rayonun Mirzəbəyli kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Orucov Orxan Cəmiyyət oğlu idarə etdiyi “VAZ-21099" markalı avtomobillə hərəkətdə olarkən yolu keçən piyada, 1938-ci il təvəllüdlü Zeynalova Gülarə Həsən qızını vurub. Nəticədə piyada aldığı xəsarətlərdən Bərdə Diaqnostika Mərkəzində ölüb.

Faktla bağlı araşdırılma aparılır.