logo

Aktiv vergi ödəyicilərinin sayı 705 mini ötüb

16:16 14-11-2022 | icon 1624
Aktiv vergi ödəyicilərinin sayı 705 mini ötüb

Bu il noyabrın 1-nə Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 6% çox – 705 061 olub.

YeniAvropa xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən məlumat verilib.

Bildirilib ki,bunun 38 739-u əlavə dəyər vergisi (ƏDV) ödəyicisidir. Bu isə ilin əvvəlinə nisbətən 11,7% çoxdur.

Hesabat dövründə aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı isə 3,1% artaraq 188 961-ə çatıb.