logo

Ağırlıqqaldırma yığmamız Türkiyəyə beynəlxalq turnirə yollanıb 

15:15 14-11-2022 | icon 1218
Ağırlıqqaldırma yığmamız Türkiyəyə beynəlxalq turnirə yollanıb 

Ağırlıqqaldırma üzrə Azərbaycan millisi noyabrın 15-də Türkiyənin paytaxtı Ankarada start götürəcək üçqat olimpiya çempionu Naim Süleymanoğlunun xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə iştirak edəcək.

YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Ağır Atletika Federasiyasından bildirilib.

Qeyd edilib ki, baş məşqçi Emil Əliyevin rəhbərliyi altında qadınlarda Nazilə İsmayılova (49 kq) və Rəhilə Hüseynzadə (76 kq), kişilərdə isə Tehran Məmmədov (67 kq), İsa Rüstəmov (73 kq) və Ömər Cavadov (81 kq) körpücük üzərinə çıxacaqlar.

Yarışda 20-yə yaxın ölkədən 100-dən çox atlet çıxış edəcək.

Qeyd edək ki, turnirə noyabrın 17-də yekun vurulacaq.