logo

Milli Məclisin deputatı Avropa Şurasının tədbirində iştirak edəcək

15:05 14-11-2022 | icon 1078
Milli Məclisin deputatı Avropa Şurasının tədbirində iştirak edəcək

Milli Məclisin deputatı, parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva Avropa Şurasının Uşaq hüquqları koordinasiya komitəsinin 6-cı iclasında iştirak etmək üçün noyabrın 14-dən 18-dək Fransanın Strasburq şəhərində səfərdə olacaq.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən YeniAvropa-ya bildirilib ki, Milli Məclisin deputatı konfrans çərçivəsində müxtəlif mövzularda keçiriləcək sessiyalara da qatılacaq.

İclasda Avropa Şurasının uşaq hüquqları üzrə strategiyasının həyata keçirilməsi, strategiyanın izlənilməsi, uşaqların zorakılıqdan qorunması, bütün uşaqlar üçün bərabər imkanlar və sosial inteqrasiya, onlar üçün texnologiyalara giriş və təhlükəsiz istifadə və digər mövzularda fikir mübadiləsi aparılacaq.