logo

MEDİA qəzetlərə dəstək üçün müsabiqə elan edir

12:32 14-11-2022 | icon 1106
MEDİA qəzetlərə dəstək üçün müsabiqə elan edir

Medianın İnkişafı Agentliyi çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edir.

Agentlikdən YeniAvropa-ya bildirilib ki, Media Reyestrinə daxil olunmuş ictimai-siyasi qəzetlər müsabiqədə iştirak edə bilərlər.

Müsabiqədə iştirak etmək üçün müraciət və ona əlavə olunan sənədlər elektron formada “mib.media.gov.az” portalı vasitəsilə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinə təqdim edilir.

Müsabiqənin yekununda qalib elan edilmiş qəzet redaksiyaları ilə Agentlik arasında maliyyə yardımının göstərilməsinə dair müqavilə imzalanır və 6 ay müddətində qüvvədə olur.

Həftədə bir nömrəsi maliyyələşdirilən qəzetlərin hər birinə aylıq 5 min manat, həftədə beş nömrəsi maliyyələşdirilən qəzetlərin hər birinə aylıq 15 min manat, qəzetin eyniadlı veb-saytına isə aylıq 3 min manat (əsaslı yenilənmə niyyəti ifadə edilmişdirsə, ilk ay 5 min manat olmaqla) məbləğində maliyyə yardımı göstərilir.

Müsabiqə barədə daha ətraflı məlumatı agentliyin “media.gov.az” rəsmi internet saytından əldə etmək olar.