logo

Kəlbəcərdə “KamAZ” i dərəyə aşıb,sürücüsü ölüb

11:01 14-11-2022 | icon 1267
Kəlbəcərdə “KamAZ” i dərəyə aşıb,sürücüsü ölüb

Kəlbəcərdə yük avtomobili dərəyə aşıb, ölən var.

YeniAvropa xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin(DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, hadisə noyabrın 14-ü saat 2 radələrində rayonun Yanşaq kəndi ərazisində qeydə alınıb.

Belə ki, Neftçala rayon sakini Məcnun İsrafilov idarə etdiyi “KamAZ” markalı avtomobili dərəyə aşırıb və nəticədə sürücü hadisə yerində ölüb.

Kəlbəcər rayon Polis Şöbəsində araşdırma aparılır.