logo

“Qarabağ” cari mövsümündə ilk dəfə xal itirib

21:22 13-11-2022 | icon 1806
“Qarabağ” cari mövsümündə ilk dəfə xal itirib

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XIV tura yekun vurulub.

YeniAvropa xəbər verir ki, turun mərkəzi matçında turnir cədvəlinin lideri “Qarabağ” klubu ikinci pillədə qərarlaşan “Sabah”ın qonağı olub. Görüş qolsuz bərabərliklə başa çatıb. Bu, ardıcıl 13 oyundur ki, qalib gələn "Qarabağ"ın mövsümdə ilk xal itkisi olub.

Turun əvvəlki oyunlarında “Şamaxı” evdə “Sumqayıt”a 4:2, “Zirə” “Səbail”ə 1:0, “Neftçi” “Qəbələ”yə 2:0 hesabı ilə qalib gəlib, “Kəpəz” isə evdə “Turan Tovuz”la qolsuz heç-heçəyə razılaşıb.

Qeyd edək ki, turnir cədvəlinə 40 xalla “Qarabağ” klubu başçılıq edir. “Sabah” 35 xalla ikinci, “Neftçi” 29 xalla üçüncü, “Zirə” 22 xalla dördüncü, “Qəbələ” isə 20 xalla beşinci pillədə qərarlaşıblar. “Turan Tovuz” (16 xal) altıncı, “Səbail” (10) yeddinci, “Şamaxı” (10) səkkizinci, “Kəpəz” (9) doqquzuncu, “Sumqayıt” (5) sonuncu – onuncudur.