logo

İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib

19:57 13-11-2022 | icon 3738
İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib

Prezident İlham Əliyev  noyabrın 13-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu ünvanlayıb.

 YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Məktubda deyilir: " Hörmətli cənab prezident,

Əziz Qardaşım,

İstanbulun mərkəzində törədilmiş xain partlayış nəticəsində insanların həlak olması və xəsarət alması xəbərindən olduqca sarsıldıq.

Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!"