logo

Bakıdan Naxçıvana uçan  təyyarə yarıyoldan geri qayıdıb

12:24 13-11-2022 | icon 3514
Bakıdan Naxçıvana uçan  təyyarə yarıyoldan geri qayıdıb

Əlverişsiz hava şəraiti (güclü duman) səbəbindən “Azərbaycan Hava Yolları”nın (AZAL) “J2-2251” nömrəli Bakı-Naxçıvan reysini yerinə yetirən hava gəmisinin kapitanı uçuş hava limanına qayıtmaq qərarına gəlib.

AZAL-ın mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, təyyarə saat 11:52-də Heydər Əliyev Beynəlxalq Aeroportunda eniş edib.

Hava şəraiti yaxşılaşdıqdan sonra sözügedən reysin sərnişinləri Naxçıvana yola düşəcəklər.