logo

Ağstafada dəm qazından zəhərlənən iki nəfərdən biri ölüb

10:50 13-11-2022 | icon 9114
Ağstafada dəm qazından zəhərlənən iki nəfərdən biri ölüb

Ağstafa rayonunun Poylu kəndində iki nəfər dəm qazından zəhərlənib, onlardan biri ölüb.

YeniAvropa xəbər verir ki, dəm qazından dünyasını dəyişən 1964-cü il təvəllüdlü Bayramov Mustafa Alı oğludur.

Daha bir nəfər - 1954-cü il təvəllüdlü Vahid İmamqulu oğlu İsmayılovun vəziyyəti isə orta-ağır olaraq qalır.

Faktla bağlı araşdırma aparılır.