logo

Gürcüstan da PUA istehsal edəcək

11:11 12-11-2022 | icon 1708
Gürcüstan da PUA istehsal edəcək

Gürcüstan Polşa ilə birlikdə yeni pilotsuz uçuş aparatı(PUA) istehsal etmək niyyətindədir. Bunun üçün Tbilisi yaxınlığında Gürcüstan-Polşa “Delta –Veba” zavodu tikilir.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, bu barədə Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze  məlumat verib. Zavodda işlərin gedişi ilə tanışlıqdan sonra KİV-ə müsahibəsində nazir zavodun tikintisinin yaxın vaxtlarda başa çatacağını deyib.

Nazir Burçuladze qeyd edib ki, müəssisə yaxın vaxtlarda Gürcüstan PUA-larını istehsal edəcək.

Qeyd edək ki, “Delta-Vebe” Gürcüstan-Polşa şirkəti Polşanın “WB Electronics” şirkəti ilə Gürcüstanın “Delta” dövlət hərbi elmi-texniki mərkəzi arasında imzalanmış müqavilə əsasında yaradılıb.

Sözügedən müəssisədə gürcü və polşalı mütəxəssislər pilotsuz uçuş aparatlarının istehsalı mövzusunda birgə çalışacaqlar.