logo

“AÇG” və “Şahdəniz”dən indiyədək 603 milyon ton neft hasil edilib

10:50 12-11-2022 | icon 1939
“AÇG” və “Şahdəniz”dən indiyədək 603 milyon ton neft hasil edilib

“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən noyabrın 1-dək 603 milyon tona yaxın neft (kondensatla birlikdə) hasil edilib.

YeniAvropa xəbər verir ki, bu barədə Energetika Nazirliyindən bildirilib.

Qeyd edilib ki, “Azəri-Çıraq-Günəşli”dən 563,5 milyon ton neft, “Şahdəniz”dən isə 39,5 milyon ton kondensat çıxarılıb. Bundan noyabrın 1-dək 601 milyon tonu ixraca nəql edilib.

Cari ilin 10 ayı ərzində ölkədə neftin emalı 5,1 milyon ton olub.