logo

Azərbaycanda daha 44 nəfər koronavirusa yoluxdu, 2 nəfər öldü

16:32 11-11-2022 | icon 2625
Azərbaycanda daha 44 nəfər koronavirusa yoluxdu, 2 nəfər öldü

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 44 yoluxma faktı qeydə alınıb, 50 nəfər müalicə olunaraq sağalıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki,analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 823 min 636 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 813 min 504 nəfər müalicə olunaraq sağalıb, 9959 nəfər vəfat edib. Aktiv xəstə sayı 173 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2005, bu günə qədər isə ümumilikdə 7 milyon 341 min 262 test icra olunub