logo

Qazaxıstan bütün dövlətlərin ərazi bütövlüyünü dəstəkləyir-Tokayev

11:44 11-11-2022 | icon 1484
Qazaxıstan bütün dövlətlərin ərazi bütövlüyünü dəstəkləyir-Tokayev

Qazaxıstan bütün dövlətlərin ərazi bütövlüyünü dəstəkləyir və BMT nizamnaməsinə əməl olunmasını zəruri hesab edir.

YeniAvropa "Kazinform" agentliyinə istinadla xəbər verir ki, bunu Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin liderlərinin Zirvə görüşündə deyib. Onun sözlərinə görə, bu, Qazaxıstanın əsas maraqlarına tam uyğun olan zəruri prinsipdir. "Ona görə də biz prioriteti bu prinsipə verəcəyik", - deyə Kasım-Jomart Tokayev bildirib.

Xatırladaq ki, TDT üzvlərinin sırasına beş dövlət-Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistan daxildir. Macarıstan və Türkmənistan təşkilatda müşahidəçi statusunda təmsil olunurlar.