logo

Ermənilər Xocavəhddəki mövqelərimizi atəşə tutub

09:49 11-11-2022 | icon 980
Ermənilər Xocavəhddəki mövqelərimizi atəşə tutub

Noyabrın 11-i saat 00:30-dan saat 00:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Bəzirxana yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.

YeniAvropa Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, bundan başqa, noyabrın 11-i saat 01:45-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Xocavənd rayonu istiqamətində yerləşən mövqeləri atəşə tutulub.

Azərbaycan Ordusunun bu istiqamətlərdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.